Bu nazirliyin işçilərinin say həddi artırıldı

XƏBƏR
17:01
22 Fevral 2023
230

İqtisadiyyat Nazirliyinin işçilərinin say həddi cəmi 4394 ştat vahidindən (Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları istisna olmaqla) 4494-ə çatdırılıb.

Sabah.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Digər dəyişikliklə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Aparatının işçilərinin say həddi 429 ştat vahidindən 499-a çatdırılıb.

Xəbər lenti