“Mən düşmən deyiləm” - Mübariz Mənsimov
“Mənə qarşı çox çirkin bir oyun qurulur. Məni FETÖ terror təşkilatıyla əlaqədə və casusluqda ittiham etmək istəyirlər. Bunu edənlər öz mənfəətini güdənlərdir”.
Sabah.az xəbər verir ki, bu sözləri azərbaycanlı iş adamı Mübariz Mənsimov “Facebook” hesabında yazıb.
Mənsimov bildirib ki, hüquqlarını müdafiə etmək üçün Ali Məhkəməyə müraciət edib:
“Bu səbəbdən uduzacağını görən özəl və dövlət şirkətlərinin təzyiqi getdikcə artır. İnsan qəzəbləndikcə gözləri və məntiqi kor olur, ardıcıl səhvlər etməyə başlayır. Qanunu və haqsızlığı pulla almağa çalışırlar. Mənə qarşı yönəlmiş ittihamlarla bağlı sübutlar hazırlamaq çətin deyil. Bunu edənlər bir gün cəzalarını alacaqlar. Allahın ədaləti qılınc kimidir. Onlar başa düşmürlər ki, bunu etməyə təşviq edənlər bir gün onları da satacaqlar. Təəssüf ki, satılanlar arasında öz həmyerlilərim də var. Məni düşmən hesab edirsiniz? Mən düşmən deyiləm. Həmişə halal əməyimlə qazanıb və halal da xərcləmişəm. Allahım məni heç vaxt tək qoymayıb. Sizin isə sonunuzu düşünə bilmirəm”.
Daha çox