“Dakkılı” və Səbuhi Xanlarovla bağlı - Rəsmi açıqlama

ÖLKƏ
14:02
20 Fevral 2023
383

“Dakkılı” ləqəbli sosial şəbəkə fəalı Ziliş Cəfərov saxlanılıb.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, musiqiçi Hüseyn Hüseynovun sosial şəbəkə üzərindən bir qrup “Tik-tok” istifadəçiləri tərəfindən söyüş və təhqir səsləndirmələri barədə polis orqanlarına müraciət edib. Müraciət əsasında Səbuhi Xanlarov, Rövşən Süleymanzadə və Ziliş Cəfərov polis orqanına dəvət olunublar.

Onlardan Z.Cəfərovun üzərindən narkotik vasitə aşkar olunaraq götürülüb və barəsində Xətai Rayon Polis İdarəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib. Onun barəsində yaxın zamanda qərar çıxarılacağı gözlənilir.

Qeyd edək ki, Səbuhi Xanlarov, "Roshroshka" ləqəbli Rövşən Süleymanzadə və "Dakkılı" ləqəbli Ziliş Cəfərov "Tiktok" sosial şəbəkəsindəki videoları ilə məşhurlaşıblar.

Xəbər lenti