Cəlilabad Müalicə Diaqnostika Mərkəzində baş vermiş yanğın söndürülüb - Yenilənib

ÖLKƏ
14:42
20 Fevral 2023
441

Cəlilabad Müalicə Diaqnostika Mərkəzində yanğın başlayıb.

Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri və texnikaları cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri aparılır.

***

Cəlilabad Müalicə Diaqnostika Mərkəzində tüstülənmə baş verib.

Bu barədə FHN məlumat yayıb.

İlkin məlumata əsasən, tüstülənmənin qarşısı FHN qüvvələri tərəfindən qısa müddət ərzində alınıb.

Xəbər lenti