FHN əməkdaşlarının zəhərlənməsi xəbəri ilə bağlı rəsmi açıqlama - Yenilənib

ÖLKƏ
10:29
20 Fevral 2023
442

Ötən gün axşam saatlarında Sabirabadın Axtaçı Muğan kəndində yerləşən pambıq zavodunda yanğın zamanı Fövqəladə Hallar Nazirliyini (FHN) 18 əməkdaşı tüstüdən zəhərlənib.

Sabah.az Report-a istinadən xəbər verir ki, pambıq zavodunda yanğın söndürülən zaman FHN-nin tüstüdən zəhərlənən əməkdaşları bunlardır: Güləliyev Arif Elçin oğlu - 1998-ci il təvəllüdlü, Dadaşlı Allahşükür Baladadaş oğlu (1999), İsayev Şamo Şakir oğlu (1990), Ağayev Elman Telman oğlu (1982), Axundzadə Nurlan Aydın oğlu (1991), Səmədov Rail Əflan oğlu (1982), Abdullayev Vüqar Əkbər oğlu (1988), Qubadov Vüsal Ramiz oğlu (1981), Teymurov Anar Şahin oğlu (1988), Nağıyev Əlimövsüm Adil oğlu (1982), Ağayev Ələsgər Möhlət oğlu (1984), Zeynalov Kənan Lazım oğlu (1995), Əliyev Murad Həsənağa oğlu (1986), Əsgərov Səftər Qəhrəman oğlu (1991), Vəliyev Rəşad Nəbi oğlu (1982), Zeynalov Şəmistan Namiq oğlu (1993), habelə Neftçala sakini Həbibov Tərlan Adbalaoğlu (1991), Hacıqabul sakini Rəhimov Feyruz Firuz oğludur (1983).

Məlumata əsasən, tüstüdən zəhərlənən və göz almacıqlarından zədələnənlər Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra onların əksəriyyəti ambulator müalicəyə buraxılıb.

***

Məsələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, hadisə zamanı FHN əməkdaşları arasından zəhərlənən və xəsarət alan olmayıb.

Xəbər lenti