Naxçıvanda güclü yanğın başladı - Video

ÖLKƏ
17:11
17 Fevral 2023
504

Naxçıvanda güclü yanğın başlayıb.

Sabah.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Yanğının 3-cü mikrorayon adlanan ərazidə yerləşən yaşayış binalarının birində baş verdiyi bildirilir.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) Naxçıvanda baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Naxçıvan şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam edir. Əlavə məlumat veriləcək.

Xəbər lenti