Zaqatalada itlər kütləvi zəhərlənərək öldürüldü - Video

ÖLKƏ
15:54
17 Fevral 2023
509

Zaqatalada itlərin kütləvi zəhərlənərək öldürülməsinə dair görüntülər yayılıb.

Sabah.az xəbər verir ki, görüntülərdə şəhər ərazisindəki yaşayış komplekslərindən birinin həyətində və binanın zirzəmisində yaşayan itlərin cəsədləri tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, Zaqatala rayonunda itlərin kütləvi zəhərlənməsi ilə bağlı polis şöbəsinə daxil olmuş məlumat, eləcə də sosial şəbəkələrdə yayılan videogörüntülər əsasında rayon polis şöbəsində araşdırmalara başlanılıb. Baytar həkimin iştirakı ilə itlərdən nümunələr götürülərək yoxlanılması üçün laboratoriyaya göndərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir və nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Xəbər lenti