Bakıda müəllim işə gedərkən faciəvi şəkildə öldü - Yenilənib

ÖLKƏ
14:43
17 Fevral 2023
511

Bakıda 246 saylı tam orta məktəbin müəllimi Elza Kərimova bu gün avtomobil qəzasında həlak olub.

Sabah.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Qeyd edək ki, 59 yaşlı E.Kərimova sözügedən məktəbdə tarix fənnini tədris edib.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Səbail rayonu ərazisində - Bayraq meydanının qarşısında baş verib.

1964-cü il təvəllüdlü Elza Kərimova səhər saat 07 radələrində işə getmək məqsədilə yolu keçərək əks tərəfdəki avtobus dayanacağına getmək istəyib. Bu zaman “Kia” markalı avtomobil onu vurub.

59 yaşlı E.Kərimova hadisə yerində vəfat edib.

Faktla bağlı Səbail RPİ-də cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, hadisənin baş verdiyi ərazidə yeraltı piyada keçidi mövcuddur.

Xəbər lenti