Bakıda marşrut avtobusu qəza törətdi - Ölən və yaralanan var+Yenilənib

ÖLKƏ
10:09
15 Fevral 2023
565

Bakıda marşrut avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib.

Sabah.az xəbər verir ki, dünən saat 22 radələrində Nizami rayonu Bəkir Çobanzadə küçəsində 81 saylı marşrut üzrə hərəkət edən avtobus 2 piyadanı vurub. Zərbənin gücündən piyadalar qarşıdan gələn “Saipa” markalı minik avtomobilinin üstünə düşüb. Ağır xəsarət alan piyada, 1990-cı il təvəllüdlü Amin Budaqov hadisə yerində ölüb. Digər piyada, 1979-cu il təvəllüdlü Rəsul Tomayev isə xəstəxanaya yerləşdirilib.

Avtobusun sürücüsü Arif Ələsgərov barəsində Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

***

81 saylı marşrut xəttini istismar edən “Çinar-Trans” MMC-nin direktoru İsmayıl Hüseynov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, qəzanın görüntüləri araşdırılır:

“Şirkətimizə məxsus “Karsan” markalı avtobusun kamera görüntüləri götürülüb. Sürücünün bildirdiyinə görə, hadisə vaxtı saatda 30-40 kilometr sürətlə hərəkətdə olub və piyadalar qəfil onun qarşısına çıxıb”.

Xəbər lenti