Bəxtiyar Hacıyevin yeni fotosu yayıldı - Yenilənib

ÖLKƏ
17:30
14 Fevral 2023
331

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin yeni fotosu yayılıb.

Sabah.az xəbər verir ki, onun məhkəməyə gətirilərkən çəkilmiş fotosunu jurnalist Elnarə Qasımova paylaşıb.

Bu gün saat 16:00-da Xətai Rayon Məhkəməsində Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılacaqdı.

Xatırladaq ki, B.Hacıyev ötən il dekabrın 9-da həbs edilib. Vəkilləri onun təcridxanada aclıq aksiyası etdiyini, 15 kilo çəki itirdiyini və səhhətinin ağır durumda olduğunu bildirir. Bakı Şəhər 1 saylı İstintaq Təcridxanasında saxlanılan Hacıyev 3 gün öncə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

İctimai fəalın jurnalist Ülviyyə Alovlu ilə yaşadığı insidentə görə həbs edildiyi bildirilir. O, xuliqanlıq və məhkəməyə hörmətsizlik etməkdə ittiham olunur.

***

Xətai Rayon Məhkəməsi B.Hacıyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin etməyib. O, həbsdə qalıb.

Xəbər lenti