Kamran Əliyev onlara yeni vəzifə verdi

ÖLKƏ
17:20
14 Fevral 2023
452

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

Sabah.az xəbər verir ki, Baş prokuror Kamran Əliyev bununla bağlı üç əmr imzalayıb.

Əmrlərə əsasən, Fərid Nağıyev Bakı şəhər prokurorunun müavini vəzifəsinə, Mehman Hümmətov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəisi vəzifəsinə, Nazim Rəşidov isə Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Fərid Nağıyev bu təyinatadək Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin İstintaq İdarəsinin rəisi, Mehman Hümmətov Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini, Nazim Rəşidov isə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsində çalışırdı.

Xəbər lenti