Bakı-Qazax yolunda mikroavtobusla yük maşını toqquşdu - Ölən var+Foto

XƏBƏR
10:29
14 Fevral 2023
284

Bu gün saat 07:45 radələrində Bakı-Qazax yolunun 231-ci km-də ölümlə nəticələnən yol qəzası baş verib.

Sabah.az Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, “Mercedes” markalı 77-JC-239 dövlət nömrə nişanlı yük avtomobili Bakı istiqamətində hərəkətdə olarkən qarşısında hərəkətdə olan “Mercedes Sprinter” markalı 90-LE-831 dövlət nömrə nişanlı mikroavtobusla toqquşub.

Hadisə nəticəsində mikroavtobusda olan sərnişinlərdən 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti