Qardaşını bu sözə görə öldürübmüş

ÖLKƏ
09:35
14 Fevral 2023
413

Yevlaxda qardaşı Vüqar Əsədovu bıçaqla qətlə yetirən Elşad Əsədovun məhkəmə prosesi başa çatıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1971-ci il təvəllüdlü E.Əsədov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Elşad Əsədovun iki oğurluq əməlinin cəzası da bu qərarda öz əksini tapıb.

Qardaş qətlinə gəlincə, bu, xırda mübahisə nəticəsində baş verib. Qardaşların axşam yemək yeyib spirtli içki qəbul edərkən işlətdiyi sözlər bir-birinin boğazından keçməyib.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, qardaşı ona mübahisə zamanı “sən kim, mən kim, beş gün ömrüm var, bu evin ağası mənəm” deyib qardaşı kimi onu saymadığını söyləyib.

Elşad Əsədov isə cavab olaraq Vüqar Əsədova onu vurub öldürəcəyini deyərək hədələyib. Qardaşı yenə ona “mən səni tanımıram” deyib. Elşad bu sözləri özünə təhqir hesab edərək masanın üzərində olan bıçağı qardaşının ürəyinə soxub, nəticədə o, hadisə yerində keçinib.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrın 12-də baş verib.

Xəbər lenti