Prezident bu dövlət qulluqçularını təltif etdi - Siyahı

ÖLKƏ
11:12
13 Fevral 2023
596

Prezident İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sabah.az xəbər verir ki, Sərəncamla dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı dövlət qulluqçuları “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif ediliblər:

Allahverdiyeva Amaliya Kərim qızı

İsmayılova Ruhiyyə Həsən qızı

Məmmədova Elnara Xasay qızı

Rüstəmov Rövşən Rüstəm oğlu

Valehov Ceyhun Ağanəzər oğlu.

Xəbər lenti