ABŞ qırıcıları Kanada üzərində naməlum obyekti vurdu - Video

XƏBƏR
09:15
13 Fevral 2023
129

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “F-16” qırıcıları Kanada ilə sərhəddə uçan naməlum obyekt vurublar.

Sabah.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Pentaqonun mətbuat katibi general Pet Rayder açıqlayıb.

Onun sözlərinə görə, sözügedən obyekt ölkə Prezidenti Co Baydenin göstərişinə əsasən Huron gölü üzərində vurulub.

Rayder qeyd edib ki, obyekt yerdə hər hansı məkana qarşı hərbi təhlükə daşımasa da, uçuşların təhlükəsizliyinə təhdid yaradıb.

Məlumata görə,  bu, ABŞ və Kanada ərazisi üzərində vurulan 4-cü obyekt olub.

Pentaqonun məlumatına görə, hazırda mütəxəssislər obyektin qalıqlarını toplayaraq daha ətraflı məlumat öyrənməyə çalışacaqlar.

Xəbər lenti