Fatih Terim evə buraxıldı
15:46
30 Mart 2020
48"Qalatasaray"ın koronavirusa yoluxan baş məşqçisi Fatih Terim xəstəxanadan evə buraxılıb.
Sabah.az “Fanatik”ə istinadən xəbər verir ki, bu barədə Terimin müalicə olunduğu xəstəxanadan açıqlama verilib. Bu gün qan analizi verən və tomoqrafiya edilən mütəxəssisin evdə 14 günlük karantində olacağı bildirilib.
Koronavirus xəstəliyi ilə bir müddətdir xəstəxanada olan "Qalatasaray"ın vitse-prezidentləri Yusuf Günay və Abdurrahman Albayrak haqda isə məlumat verilməyib.
Daha çox