Bakıya Daxili Qoşunlar cəlb edildi

ÖLKƏ
15:32
30 Mart 2020
264

Daxili İşlər Nazirliyi Bakı və Sumqayıt şəhərlərində xüsusi karantin rejimi tədbirlərinin gücləndirilməsi ilə bağlı Daxili Qoşunlarının hərbi qulluqçularını polislə birgə xidmətə cəlb edib.

Sabah.az xəbər verir ki, Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, DQ qüvvələri bu gündən xidmətə cəlb edilib:

"Bu tədbirlər koronavirus infeksiyasının geniş yayılmasına yol verməmək üçün vətəndaşların təhlükəsizliyini təmin etmək, məhdudlaşdırma tədbirlərini tam və hərtərəfli yerinə yetirmək, onun törədə biləcəyi fəsadların qarşısını almaq məqsədi daşıyır".

Xəbər lenti