Azərbaycanın göndərdiyi növbəti humanitar yardımlar Türkiyəyədir - Video

XƏBƏR
16:10
10 Fevral 2023
287

Məlumat verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı bu gün təyyarə ilə qardaş ölkəyə yola salınıb.

FHN-dən Sabah.az-a verilən məlumata görə, humanitar yardımı aparan təyyarə artıq Adana hava limanına enib.

200 ədəd çadır və 183 ədəd qızdırıcıdan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.

***

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə 8 fevralda Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı nəqliyyat vasitələri ilə yola salınmış növbəti humanitar yardım karvanı bu gün Kahramanmaraşa çatıb.

Bu barədə FHN-dən bildirilib.

260 ədəd çadır, 300 ədəd çarpayı, 2 ədəd böyük gücə malik generator, 8000 geyim dəsti, 20000 cüt corab, 350 ədəd masa, 1000 ədəd oturacaq, 5000 ədəd iplik dəsmal və digər ləvazimatlardan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti