Əhəd Əliyevə ömürlük cəza verildi

ÖLKƏ
17:49
9 Fevral 2023
537

Bakıda həyat yoldaşının bacısını və iki uşağını öldürməkdə təqsirləndirilən Əhəd Əliyevin məhkəməsi başa çatıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Əhəd Əliyev ömürlük azadlıqdan məhrum edilib.

O, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək.

Qeyd edək ki, hadisə ötən ilin fevralında baş verib. 1981-ci il il təvəllüdlü Əhəd Əliyevin bıçaqla Gülnar Qaraxanova və iki azyaşlı övladına xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Onun 2007-2014-cü illərdə  Saatlı rayon Novruzlu kənd məktəbinin direktoru vəzifəsində çalışdığı bildirilir.

Xəbər lenti