Bakıya qar yağacaq, yollar buz bağlayacaq

ÖLKƏ
13:55
8 Fevral 2023
349

Fevralın 9-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Milli Hidrometeorologiya Xidmətindən Sabah.az-a verilən xəbərə görə, havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 1 dərəcəyədək isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 777 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, fasilələrlə sulu qar, qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı ehtimalı var. Arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 3-8 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

Xəbər lenti