Bu rayona 45 sm qar yağıb - Faktiki hava

XƏBƏR
11:32
8 Fevral 2023
174

Fevralın 8-də ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensivləşib.

Sabah.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, qar örtüyünün hündürlüyü Qaxda 45 sm, Ağdərədə (Ordubad) 32 sm, Şahdağda 14 sm, Xaltanda 12 sm, Göygöl, Gədəbəydə 10 sm, Qrız, Daşkəsən 8 sm, Altıağacda 7 sm, Oğuz 6 sm, Şəkidə 16 sm, Şahbuz 3 sm, Qəbələ, Zaqatala, Qobustanda 1 sm olub.

Düşən yağıntının miqdarı: Qaxda 24.0 mm, Zaqatalada 16.0 mm, Balakəndə 12.0 mm, Oğuzda 10.0 mm, Lənkəranda 11.0 mm, Astarada 9.0 mm, Gədəbəydə 8.0 mm, Ağdərədə 7.0 mm, Şəkidə 10 mm, Qəbələdə 5.0 mm, Şahbuzda 4.0 mm, Mingəçevir, Sədərək, Tərtər, İmişlidə 3.0 mm, Zərdab, Altıağac, Qobustan, Yardımlıda 2.0 mm, Beyləqan, Kürdəmir, Naftalan, Ağdam, Ordubad, Naxçıvan, Maştağada 1.0 mm-dək olub.

Külək: Şimal-qərb küləyi arabir Neftçala, Mingəçevirdə 20 m/s, Naftalan, Ceyrançöldə 18 m/s,

Bakıda və Abşeron yarımadasında arabir 27 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.5 metrə çatıb.

Duman: Naxçıvan, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, Qrız, Qobustan, Quba, Qusar, Xaltan, Tərtər Lerikdə müşahidə olunub, dumanda görünüş məsafəsi 50-100 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 5 dərəcəyədək şaxta, dağlıq rayonlarda 11 dərəcə şaxta, aran rayonlarında 4 dərəcəyədək isti olub.

Xəbər lenti