Baş Prokurorluqda yüksək vəzifələrə - Yeni təyinatlar

XƏBƏR
16:30
7 Fevral 2023
266

Baş Prokurorluqda bir sıra yüksək vəzifələrə yeni təyinatlar edilib.

Sabah.az qurumun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə Mahir Abbasov Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi təyin edilib.

Digər əmrlə Saleh Hacıyev Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilib. Pərviz İbayev isə Bakı şəhəri, Nizami rayon prokuroru vəzifəsinə təyinat alıb.

Bundan başqa Mürvət Həsənov Sumqayıt şəhər prokuroru vəzifəsinə təyin edilib.

Xəbər lenti