SOCAR-dan yanacaq satışı ilə bağlı açıqlama

İQTİSADİYYAT
13:16
30 Mart 2020
170

Yanacağın satışı ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb.

Sabah.az xəbər verir ki, bu barədə SOCAR rəsmi Feysbuk səhifəsində məlumat yayıb.

“Azərbaycanda yanacağın satışı ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb. SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodu öz fəaliyyətini normal rejimdə davam etdirir. Ölkəmizin enerji təhlükəsizliyi tam təmin olunub. Bütün istehlak edilən yanacaq növləri əhaliyə sərbəst şəkildə satılır. Bu istiqamətdə narahatlıq üçün heç bir əsas yoxdur. Əziz vətəndaşlarımızı təşviş yaradan şayiələrə yox, yalnız rəsmi məlumatlara inanmağa çağırırıq”, - deyə şirkətin məlumatında bildirilir.

Xəbər lenti