Zamin Salayev saxlanıldı

ÖLKƏ
09:51
7 Fevral 2023
410

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zamin Salayev saxlanılıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, bıçaqla bıçaqla bir nəfərə xəsarət yetirməkdə şübhəli bilinir. Hadisənin Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verdiyi bildirilir.

Z.Salayev polis əməkdaşları tərəfindən tutulub. Araşdırma aparılır.

***

Daxili İşlər Nazirliyi də məsələyə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, fevralın 7-si gecə saat 1 radələrində Qaradağ rayonu ərazisindəki “Lökbatan dairəsi” adlanan yerdə naməlum şəxs xuliqanlıq zəminində Sahil qəsəbə sakini 1980-ci il təvəllüdlü Natiq Bafadar oğlu Süleymanova bıçaqla qarın və əl nahiyələrindən xəsarət yetirərək hadisə yerindən uzaqlaşıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Qaradağ RPİ əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Salyan rayon sakini 1976-cı il təvəllüdlü Zamin Oqtay oğlu Salayev saxlanılıb.

Xəbər lenti