Körpənin ağlamağı anasını və 2 nəfəri xilas etdi - Foto

XƏBƏR
09:20
7 Fevral 2023
385

Tükiyədə dağıntılar altında ağlayan körpə anasının və 2 nəfərin həyatını xilas edib.

Sabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kahramanmaraşda zəlzələdən 20 saat sonra xilasedicilər təsirli hadisə ilə qarşılaşıblar.

Belə ki, dağıntılar altında körpənin ağlamağını eşidən qrup işçiləri həmin istiqamətdə axtarışa başlayıb. Nəticədə körpə və onun anası xilas edilib. Sevindirici hal odur ki, həmin ərazidən bir kişi və bir qadın olmaqla 2 nəfər də sağ şəkildə çıxarılıb.

Xəbər lenti