Gəncədə azyaşlını vuran şəxs saxlanıldı

ÖLKƏ
10:39
6 Fevral 2023
445

Gəncədə azyaşlılara qarşı zor tətbiq edən şəxsin görüntüləri yayılıb.

Sabah.az xəbər verir ki, görüntülərdə bir kişi azyaşlı uşağı vurur və zor tətbiq edir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, sosial şəbəkələrdə əks olunan videogörüntü ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində dərhal müvafiq araşdırmalar başlanılıb:

“Baş İdarənin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri  tədbirlər nəticəsində videodakı şəxsin Gəncə şəhər sakini 1982-ci il təvəllüdlü Etibar Əliyev olması müəyyən edilib. E.Əliyev saxlanılaraq polis şöbəsinə gətirilib, faktla bağlı araşdırmalar davam etdirilir”.

Xəbər lenti