Türkiyənin iki şəhərində dərslər dayandırıldı

XƏBƏR
09:24
6 Fevral 2023
276

Türkiyənin Kahramanmaraş Pazarcık rayonunda baş verən 7,4 bal gücündə zəlzələdən sonra Adana və Mersində təhsil bir günlük dayandırılıb.

Sabah.az xəbər verir ki, bu barədə “TRT haber” məlumat yayıb.

Adana və Mersin Valiliyi tərəfindən verilən açıqlamada Kahramanmaraşda baş verən zəlzələ səbəbiylə 6 fevral bazar ertəsi günü bütün təhsil müəssisələrinin bağlandığı bildirilib.

Xatırladaq ki, Kahramanmaraşın Pazarcık rayonunda saat 04:17-də 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ bir çox şəhərlərdə hiss olunub. Ən böyüyü 6,6 bal gücündə olmaqla 32 afterşok baş verib. Bir çox əyalətdə binalar dağılıb. Çox sayda ölən və yaralananlar var.

Xəbər lenti