Xocalıda şirkət maşını dərəyə aşdı, yaralı var

XƏBƏR
13:22
4 Fevral 2023
303

Bu gün Xocalı rayonunun Çanaqçı kəndində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan Sabah.az-a bildirilib ki, “Gədəbəy Sular” MMC-yə məxsus “Hyundai” markalı yük avtomobili yol kənarındakı dərəyə aşıb. Nəticədə sərnişin, həmin MMC-də satış müdiri işləyən Hüseyn Məmişov müxtəlif bədən xəsarətləri alıb. Yaralıya ilkin tibbi yardım göstərilib və Füzuli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Fakla bağlı araşdırma aparılır.

Xəbər lenti