Bakıda dəhşətli qəza, şirkət əməkdaşı öldü - Video

HADİSƏ
12:33
4 Fevral 2023
644

Dünən saat 19 radələrində Bakı şəhər Nərimanov rayonu ərazisində ağır qəza baş verib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Z.Bünyadov prospektindən Böyükşor istiqamətinə gedən yolda 1981-ci il təvəllüdlü Eynullayeva Gülnarə Rasim qızı yüksək sürətlə idarə etdiyi “Hyundai Tucson” markalı avtomobillə hərəkətdə olarkən əks yola çıxıb. İdarəetmədən çıxaraq bardürü aşıb əks tərəfə keçən maşın 1990-cı il təvəllüdlü Qurbanov Səid Elmar oğlunun idarə etdiyi “Hyundai Accent”in üstünə çıxıb.

Nəticədə S.Qurbanov hadisə yerində ölüb, G.Eynullayeva və sərnişinləri - 2000-ci il təvəllüdlü Bağırov Nicat Arzu oğlu və 1981-ci il təvəllüdlü Abbasov Səbuhi İslam oğlu aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Qəzada vəfat edən S.Qurbanov “Azərsun” şirkətində ekspeditor vəzifəsində işləyirmiş.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər lenti