Bu avtobusların hərəkət sxemi dəyişdirilir

XƏBƏR
16:46
3 Fevral 2023
187

Fevralın 5-də 4 marşrut avtobusunun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Sabah.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Qeyd olunub ki, məhdudiyyət fevralın 5-i saat 09:00-dan 16:00-dək Heydər Əliyev prospektinin kənar yolunda, tuneldə (Bağırov körpüsünün alt hissəsi, şəhər mərkəzi istiqamətində) təmir işləri ilə əlaqədardır.

Tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 1, 13, 38 və M8 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilərək Heydər Əliyev prospekti, əsas yoldan təşkil ediləcək.

Xəbər lenti