Bakının mərkəzində əməliyyat, avtoritet tutuldu - Video

ÖLKƏ
12:44
2 Fevral 2023
347

Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq “Kalaşnikov” markalı avtomat gəzdirən şəxs saxlanılıb.

Sabah.az xəbər verir ki, DİN-in Mətbuat xidmətindən bildirilib ki, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin keçirdiyi əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş İmişli rayon sakini Qasıməli Qasımov tutularaq istintaqa təqdim edilib. Ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd patron və həmin silaha məxsus 1 ədəd daraq aşkar edilib. Qasıməli Qasımov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti