Bakıda avtobusla “KamAZ” toqquşdu - Xəsarət alanlar var
13:29
2 Fevral 2023
342Bu gün səhər saatlarında Bakıda 29 saylı marşrut üzrə hərəkət edən avtobusla yük avtomobili toqquşub.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib. “KamAZ” markalı yük avtomobilinin avtobusun arxa hissəsinə çırpılması nəticəsində, avtobusda olan sərnişinlərdən bir neçəsi müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası gəlib.
Faktla bağlı araşdırma aparılır.



Daha çox