Bakıda ana və qızı bıçaqlandı - Yeniyetmə öldü

ÖLKƏ
10:42
2 Fevral 2023
394

Bakıda ana və qızı bıçaqlanıb, biri ölüb.

Sabah.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 2-si saat 01 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsində 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı, 2009-cu il təvəllüdlü Günay Şadatovanın kəsilmiş-deşilmiş xəsarətlər alması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Ə.Şadatovanın qeyri-rəsmi münasibətdə olduğu 1981-ci il təvəllüdlü Zaur Babayev müəyyən olunaraq saxlanılıb.

Tibbi müdaxilələrə baxmayaraq, G.Şadatova ölüb.

Araşdırma aparılır.

Xəbər lenti