Gültəkin Hacıbəyliyə bəraət verildi

ÖLKƏ
17:16
1 Fevral 2023
306

Milli Şuranın üzvü Gültəkin Hacıbəyliyə qarşı olan xüsusi ittiham üzrə işlə bağlı ona Nəsimi Rayon Məhkəməsi tərəfindən bəraət verilib.

Sabah.az xəbər verir ki, bu barədə vəkil Aqil Layıc bildirib. Onun sözlərinə görə, bəraət ittiham üzrə cinayət təqibinə görə verilib.

Qeyd edək ki, sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli barəsində Leyla Arifin xüsusi ittiham qaydasında şikayəti əsasında Nəsimi Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) cinayət təqibi başlanılmışdı.

Xəbər lenti