Çevik Polis Alayına yeni komandir təyin olundu
17:15
1 Fevral 2023
331Daxili İşlər Nazirliyinin Çevik Polis Alayına yeni komandir təyin edilib.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifəyə Alayın qərargah rəisi olan polis polkovniki Ramil Priyev təyin edilib.
Qeyd edək ki, iki gün öncə general-mayor Səhlab Bağırov ÇPA-nın komandiri vəzifəsindən azad edilərək DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin Xüsusi Təyinatlı Təlim Mərkəzinin rəisi vəzifəsinə təyinat almışdı
Daha çox