Azərbaycanın axtarışa verdiyi şəxs İranda tutuldu
15:04
1 Fevral 2023
224Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən İran vətəndaşı tutulub.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 206-cı (Qaçaqmalçılıq) maddəsi ilə İnterpol vasitəsilə axtarışa verilən 1979-cu il təvəllüdlü Bahar Pour Soheilinin İranda olduğu müəyyən edilib. O, saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, İran vətəndaşı barəsində Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən cinayət işi başlanılıb.
Daha çox