Yeni il bayramı günü itkin düşən kişi axtarılır - Foto

XƏBƏR
14:13
1 Fevral 2023
192

Yeni il bayramı günü itkin düşən 53 yaşlı şəxs axtarılır.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan Sabah.az-a verilən məlumata görə, Qusarda yaşayan 53 yaşlı Feyruz Muradov 2022-ci il dekabrın 31-də yaşadığı ünvandan çıxıb Bakı şəhərinə işləmək adı ilə gedərək bir daha geri qayıtmayıb.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 - Zəng Mərkəzi”nə, həmçinin Qusar Rayon Polis Şöbəsinə (023) 385 22 22 (şəhər) və (070) 743 33 37 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Xəbər lenti