Göygöldəki yanğın qəsdən törədilib

XƏBƏR
12:26
1 Fevral 2023
186

Bu gecə Göygöl rayonu ərazisində yerləşən “Arzu” mebel mağazasında güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətdinən Sabah.az-a verilən məlumata görə, yanğın nəticəsində vətəndaşa məxsus mağaza 2000m² sahədə yanıb, bitişik digər ticarət obyektləri yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən aparılmış operativ araşdırma nəticəsində, ilkin ehtimala görə, yanğının qəsdən törədildiyi müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti