Karantin rejiminin tələbinə baxmayaraq Bakı metrosu bu gün - Video
Ölkə ərazisində karantin rejiminin gücləndirilməsi ilə bağlı “Bakı Metropoliteni”nin iş saatları da azaldılıb. Bu da metronun girişində sıxlığın yaranmasına səbəb olub.
Sabah.az Baku TV-yə istinadən xəbər verir ki, sərnişinlər bunu metronun iş saatının 07:00-da başlaması ilə əlaqələndirirlər.
Xüsusi karantin rejiminin tələbinə görə isə 10-dan çox insan bir yerə toplaşmamalıdır.
Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə martın 29-dan etibarən Bakı metrosunun iş vaxtı beş saata endirilərək, səhər saat 07:00-dan 09:00-dək, axşam isə 17:00-dan 20:00-dək müəyyən edilib.
Daha çox