Prezident nazirə yeni müavin təyin etdi

ÖLKƏ
12:53
31 Yanvar 2023
451

Elm və təhsil naziri Emin Əmrullayevə yeni müavin təyin edilib.

Sabah.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, bu vəzifəyə Həsən Həsənli təyin edilib.

Qeyd edək ki, Həsən Həsənli Elm və Təhsil Nazirliyində mütəxəssis, sektor müdiri, nazir müşaviri, Aparat rəhbərinin müavini və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb. 2021-ci ilin iyunundan 2023-cü il yanvarın 30-dək Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsini icra edib.