Bakıda evdə güclü partlayış - Əcnəbi tələbələr yaralandı

HADİSƏ
10:22
31 Yanvar 2023
536

Bakının Sabunçu qəsəbəsində partlayış baş verib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Şəhər şosesi döngə 2-dəki mənzillərin birində qaz sızması nəticəsində partlayış olub.

Partlayışın təsirindən evin pəncərələri qırılıb, sanitar qovşağının tavanı çöküb. Hadisə zamanı evdə olan Pakistan vətəndaşları 1985-ci il təvəllüdlü Masih İmtiaz, 1988-ci il təvəllüdlü Ali Muhammed Faisal, Hindistan vətəndaşları 1991-ci il təvəllüdlü Phulpreet Singh və 2002-ci il təvəllüdlü Prem Sagar müxtəlif dərəcəli bədən xəsartləri alıb.

Onların Odlar Yurdu Universitetinin tələbələri olduğu və həmin evdə kirayə yaşadıqları bildirilib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti