“SOCAR Downstream Management”in direktoru dəyişib

XƏBƏR
16:43
30 Yanvar 2023
373

Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi - “SOCAR Downstream Management” MMC-nin direktoru Mustafa Mesut İlter vəzifəsindən azad edilib.

Sabah.az “Report”a istinadən xəbər verir ki, şirkətə rəhbərlik onun müavini Emil Aydın oğlu Alxaslıya həvalə olunub.

Xatırladaq ki, “SOCAR Downstream Management” 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 501 min manatdır.

Xəbər lenti