Daha bir yenidoğulmuşun meyiti küçədə tapıldı
Yanvarın 29-u Goranboyda yenidoğulmuş körpənin meyiti tapılıb.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, meyit saat 16 radələrində Goranboy şəhəri, Aşıq Hüseyn Cavad küçəsində, 35Kv-lıq Goranboy yarımstansiyasının yaxınlığında tapılıb.
Qız uşağının meyiti sellofana bükülmüş vəziyyətdə tapılıb. Onun öldükdən sonra sellofana bükülüb oraya atılması və ya sonradan ölməsi hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, yanvarın 18-də Abşeron rayonu Masazır qəsəbəsində də küçədə yenidoğulmuşun meyiti tapılmışdı.
Daha çox