Bakıda hamilə qadın intihara cəhd etdi - Körpəsi öldü

XƏBƏR
13:19
28 Yanvar 2023
529

Bakıda 18 yaşlı hamilə qadın intihara cəhd edib, körpəsi tələf olub.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Binəqədidə, Xocasən qəsəbəsində baş verib.

Belə ki, 2004-cü il təvəllüdlü Fidan Quliyeva (şərti ad-soyad) yaşadığı evdə dərman içərək özünü öldürmək istəyib. Ailə üzvləri dərhal onu xəstəxanaya çatdırıblar və qaqdının həyatını xilas etmək mümkün olub.

Məlumata görə, intihara cəhd edərkən F.Quliyeva 7 aylıq hamilə imiş. Xəstəxanada məlum olub ki, içdiyi dərmanların təsirindən uşaq ana bətnində tələf olub.

Hazrda faktla bağlı araşdırma aparılır.

Xəbər lenti