Tanınmış həkim vəfat etdi

ÖLKƏ
12:10
28 Yanvar 2023
526

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, Tibb Universitetinin nevrologiya kafedrasının dosenti, tanınmış nevroloq Dilarə Xəlilova vəfat edib.

Sabah.az xəbər verir ki, bu barədə ATU-nun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkən Dilarə Xəlilova yanvarın 26-da gecə saatlarında dünyasını dəyişib, ötən gün dəfn olunub.

Məlumata görə, o, uzun müddət ATU-nun Tədris Terapevtik Klinikasının Nevrologiya şöbəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra xəstəliklə əlaqədar vəzifəsindən uzaqlaşıb.

Xəbər lenti