Səfirliyimizə hücum edən terrorçunun - Fotosu

XƏBƏR
17:52
27 Yanvar 2023
387

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” avtomatı ilə silahlanan İran vətəndaşı Yasin Hüseynzadə səfirlik binasına daxil olaraq mühafizə xidmətinin rəisini öldürüb, 2 əməkdaşı isə yaralayıb.

Sabah.az xəbər verir ki, sosial şəbəkədə Y.Hüseynzadənin fotoları yayılıb.

Xatırladaq ki, hadisə bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində baş verib. Nəticədə səfirliyin mühafizə xidmətinin rəisi baş leytenant Orxan Əsgərov qətlə yetirilib, Vasif Tağıyev və daha 1 nəfər yaralanıb.

50 yaşlı terrorçu tutularaq zərərsizləşdirilib.

Xəbər lenti