İran terror hücumunun şəxsi zəmində baş verdiyini iddia edir
16:22
27 Yanvar 2023
200İran Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinə qarşı edilən terror hücumunun şəxsi zəmində baş verdiyini iddia edib.
Sabah.az xəbər verir ki, bu barədə İran XİN-in teleqram kanalında paylaşılan məlumatda deyilir.
“İran XİN və DİN-in rəhbərləri Hüseyn Əmir Abdullahian və Əhməd Vahidi silahlı hücumun məqsəd və motivlərini nəzərdən keçiriblər. Onlar belə müəyyən ediblər ki, ilkin müşahidə və dəlillərə əsasən, silahlı şəxs hücumu şəxsi zəmində edib”, - deyə məlumatda qeyd olunub.
Daha çox