Vətəndaşlara 250 manat yardım olunacaq? - Rəsmi açıqlama

ÖLKƏ
20:14
29 Mart 2020
352

Martın 29-dan etibarən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib. Qərargahın #evdəqal çağırışına riayət edən vətəndaşlar isə hökumət tərəfindən maddi dəstək gözləyir.
 
Sabah.az xəbər verir ki, hökumətdəki mənbənin modern.az-a verdiyi məlumata görə, yaxın günlərdə vətəndaşlara minimum əməkhaqqı (250 manat) məbləğində vəsait ayrılacaq.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov faktı təsdiqləyib:

"Hazırda bir neçə təklif hazırlanıb və üzərində müzakirələr aparılır. Yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək”.

Xəbər lenti