Prezident səfirlikdəki hadisəni terror adlandırdı

XƏBƏR
12:53
27 Yanvar 2023
291

Prezident İlham Əliyev səfirlikdəki hadisəni terror hücumu adlandırıb.

Sabah.az xəbər verir ki, dövlət başçısı bununla bağlı tviterdə paylaşım edib.

“Bu gün Tehrandakı Səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırlacağını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!”, - Azərbaycan Prezidenti yazıb.