Hücum “Kalaşnikov”la edilib - Rəsmi açıqlama

XƏBƏR
10:50
27 Yanvar 2023
319

Azərbaycan Xarici İşlər Nazirliyi ölkəmizin İrandakı səfirliyinə hücumla bağlı açıqlama yayıb.

Sabah.az xəbər verir ki, hücumun bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində baş verdiyi bildirilib.

Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

“Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Allah şəhidimizə rəhmət eləsin!”, - məlumatda qeyd olunub.

Xəbər lenti